Roche Diabetes Care Rəqəmsal Həlləri və Xidmətləri
Qüvvəyə minmə tarixi: 1 iyun 2025-ci il
Konkret bölməyə keçmək üçün buraya klikləyin: Giriş | Əhatə dairəsi | Məlumat nəzarətçisi | Toplanan Şəxsi Məlumatların kateqoriyaları və mənbələri | Şəxsi Məlumatların emal edilmə qaydası və hüquqi əsası | Şəxsi Məlumatları qəbul edən tərəflər | Məlumatların beynəlxalq səviyyədə ötürülməsi | Məxfilik hüquqlarınız | Saxlanma müddəti | Bu Məxfilik Bildirişinə dəyişikliklər | Ölkəyə xas müddəalar
Bu Məxfilik Bildirişinin məqsədi sizə hansı fərdi məlumatları hansı mənbələrdən və hansı məqsədlər üçün topladığımızı izah etməkdir. Qeydiyyatdan keçməzdən əvvəl və Roche-nin diabetə qayğı üzrə rəqəmsal məhsullarından, həllərindən və ya xidmətlərindən istifadə etməzdən əvvəl bu Məxfilik Bildirişini diqqətlə oxuyun.
Bu Məxfilik Bildirişinin məqsədləri üçün "Fərdi Məlumatlar" adınız, e-poçt ünvanınız və sağlamlıq məlumatlarınız da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, fərdi olaraq birbaşa və ya dolayı yolla müəyyən edilə biləcəyiniz hər hansı məlumatlardır.
Fəaliyyətlərimiz 18 yaşdan kiçik uşaqların istifadəsi üçün hazırlanmayıb və ya nəzərdə tutulmayıb. Biz 18 yaşına çatmamış şəxslərin qanuni nümayəndəsi doğrulana bilən formada razılığını verənə qədər bilərəkdən onların hər hansı fərdi məlumatlarını toplamırıq.
Bu Məxfilik Bildirişi onun aid olduğu qeyri-peşəkar istifadəçilər (məsələn, şəkərli diabet xəstələri) tərəfindən şəxsi istifadə üçün nəzərdə tutulmuş və bu Məxfilik Bildirişi ilə əlaqələndirilmiş Roche-nin diabetə qayğı üzrə rəqəmsal həlləri və xidmətləri (birlikdə "Rəqəmsal həllər" adlandırılan mySugr tətbiqi, Accu-Chek SmartGuide tətbiqi, SmartGuide Predict tətbiqi, Accu-Chek hesabı da daxil olmaqla) vasitəsilə toplanan fərdi məlumatlara şamil edilir. Buraya hesab yaratma, rəqəmsal həllin funksiyalarından istifadə, xidmətlərimizlə qarşılıqlı əlaqə (müştəri dəstəyi kimi) zamanı toplanan məlumatlar, elektron kommersiya portalı vasitəsilə toplanan məlumatlar və üçüncü tərəf tətbiqləri, qoşulmuş terapiya cihazları və tibbi xidmət təminatçıları ilə mübadilə edilən məlumatlar daxildir.
Forrenstrasse 2, 6343, Rotkreuz, İsveçrə ünvanında yerləşən və e-poçt ünvanı [email protected] olan "Roche Diagnostics International AG" ("Roche") fərdi məlumatların ümumilikdə toplanması və emalı üçün cavabdeh olan məlumat nəzarətçisidir. Bununla belə, mySugr tətbiqi üzrə həm Forrenstrasse 2, 6343, Rotkreuz, İsveçrə ünvanında yerləşən "Roche Diagnostics International AG", həm də Trattnerhof 1, 1010 Vyana, Avstriya ünvanında yerləşən "mySugr GmbH" birgə məlumat nəzarətçiləri kimi çıxış edir; mySugr tətbiqi ilə bağlı məxfilik sorğuları [email protected] səhifəsi vasitəsilə Roche-nin Məxfilik şöbəsinə göndərilməlidir. Eynilə, Accu-Chek SmartGuide tətbiqi və SmartGuide Predict tətbiqinin istifadəçiləri üçün Forrenstrasse 2, 6343, Rotkreuz, İsveçrə ünvanında yerləşən "Roche Diagnostics International AG" və Sandhofer Strasse 116, 68305 Mannheim, Almaniya ünvanında yerləşən "Roche Diabetes Care GmbH" birgə məlumat nəzarətçiləri kimi çıxış edir. Hər hansı məxfilik sorğusu da [email protected] səhifəsi vasitəsilə Roche-nin Məxfilik şöbəsinə göndərilməlidir.
Bundan əlavə, marketinq kommunikasiyalarının və satışla bağlı fəaliyyətlərin yerli seçimlərinizə və tənzimləyici tələblərə uyğun olmasını təmin etmək üçün marketinq və satışla bağlı fəaliyyətlər üçün ölkənizdəki yerli Roche Diagnostics filialı da məlumat nəzarətçisi kimi çıxış edir. Roche Diagnostics filiallarının siyahısını burada tapa bilərsiniz: https://www.roche.com/locations.
Biz müxtəlif mənbələrdən, o cümlədən Rəqəmsal Həllər və xidmətlərdən istifadə etdiyiniz zaman avtomatik olaraq birbaşa sizdən və ya aşağıdakı cədvəldə təsvir olunduğu kimi üçüncü şəxslərdən müxtəlif növ şəxsi məlumatları toplayırıq.
| Birbaşa sizdən toplanan məlumatlar | |
|---|---|
| Məlumatların kateqoriyası | Məlumatların növləri |
| Hesab istifadəçisinin məlumatları | Məcburi: E-poçt ünvanı, parol, hesab ID-si, qeydiyyat tarixi və sonuncu giriş də daxil olmaqla hesab tarixçəsi, razılıqların statusu, dil, saat qurşağı və yaşayış ölkəsi. |
| İstifadəçinin profil məlumatları | Məcburi: Ad, soyad, doğum tarixi. Könüllü: Ünvan, telefon nömrəsi, cinsiyyət. |
| Əsas tibbi məlumatlar | Əsas tibbi məlumatlar: Rəqəmsal Həllərin diabetə nəzarət üzrə əsas funksiyalarının qurulması üçün tələb olunan əsas informasiyadır. Məsələn, mySugr tətbiqində:
|
| Tibbi məlumatlar | İstifadəçi təlimatında qeyd olunduğu kimi konkret Rəqəmsal Həllin istifadəsi zamanı toplanan tibbi məlumatlar. mySugr tətbiqində jurnalda qeyd yaradan zaman tarix və vaxt avtomatik olaraq qeyd olunur (bu, qeyd üçün məcburi şərtdir). Sonra isə könüllü olaraq hər bir qeydə müxtəlif təfərrüatlar əlavə edə bilərsiniz, məsələn:
|
| Kommersiya və maliyyə məlumatları | Tətbiq mağazasından endirmə məlumatları, alışlar, hesab-fakturalar, ödəniş statusu, ödəniş üsulu (kredit kartı, bank hesabı və s.), sosial təminat nömrəsi (qanunla tələb olunduqda), mySugr tətbiqi: mySugr Pro statusu, istifadə olunmuş vauçerlər; sifariş məlumatı (məsələn, ölçü cihazlarının sifarişi üçün) kimi kommersiya və maliyyə məlumatları. |
| İstifadəçi məzmunu | Rəqəmsal Həllərin əsas funksiyasından istifadə edərkən təqdim etdiyiniz əlavə məzmun, məsələn: Yer adları və/və ya GPS koordinatları, «Monster»-in adı. Həmçinin dəstək xidmətlərimizlə mesajlarınızın və ya digər sorğularınızın məzmunu, sorğu məlumatları, reytinqlər və ya rəylər. |
| Cihazınızdan və onun əməliyyatlarından toplanan məlumatlar | |
| Məlumatların kateqoriyası | Məlumatların növləri |
| İstifadə məlumatları | Məcburi istifadə məlumatları: Texniki və təhlükəsizlik məqsədilə toplanan məlumatlar, o cümlədən:
Marketinq məqsədilə toplanan könüllü istifadə məlumatları. Marketinq kommunikasiyası üçün yalnız sizin razılığınızla toplanan məlumatlar, buraya jurnalda qeydlərin yaradılması, əlaqələndirilmiş inteqrasiya, aktiv giriş, diabet növü və terapiya növü daxildir. Məhsulun təkmilləşdirilməsi üçün könüllü istifadə məlumatları: problemlər, cihazın əlaqələndirilməsi və ya abunə ekranları kimi funksiyalardan istifadə zamanı baş verən hadisələr; düymələrə basmaqla və ya məlumatlara baxmaqla tətbiqin müxtəlif hissələri arasında naviqasiya; və bildirişlərin alınması və ya xətalarla qarşılaşma kimi sistem hadisələri. Hər bir belə əməliyyat və ya hadisə üçün xüsusi vaxt möhürü də qeyd edirik. |
| Üçüncü tərəflərlə mübadilə edilən məlumatlar: | |
| Sağlamlıq tətbiqlərinin məlumatlarından və ya digər rəqəmsal həllərdən | Mübadilə edilən məlumatlar konkret Sağlamlıq məlumatları tətbiqləri/həllindən və paylaşmaq üçün seçdiyiniz informasiyadan asılıdır və bunlara qan şəkəri, karbohidratlar, qan təzyiqi, insulinin çatdırılması, addımlar, çəki və məşqlərin təfərrüatları daxil ola bilər. |
| Terapiya cihazları | Mübadilə edilən məlumatlar qoşduğunuz terapiya cihazından asılıdır. Buraya qan şəkərini ölçən cihazlar, CGM üzrə ölçmə qeydləri, inyeksiya edilən dozalar, CGM üzrə qlükoza konsentrasiyası (konkret şəkər səviyyəsinin dəqiqliyi ilə bağlı sensorun göstəricisi), CGM üzrə keyfiyyət dəyəri (sensor tərəfindən konkret ölçmənin etibarlılığını göstərən göstərici), CGM üzrə sessiya məlumatı (məsələn, sensor sessiyasının başlama/bitmə vaxtı), CGM plastırının vəziyyəti barədə məlumatlar daxildir. Terapiya cihazından və Rəqəmsal Həlldən xəta məlumatları və statusu haqqında informasiya da toplanır |
| Sizin razılığınız əsasında məlumatların səhiyyə işçiləri və ya digər üçüncü tərəflərlə paylaşılması | Mübadilə edilən məlumatlar konkret tibbi ehtiyacdan, funksionallıqdan və/və ya paylaşmaq üçün seçdiyiniz üçüncü tərəfdən asılıdır və bunlara qan şəkəri, karbohidratlar, qan təzyiqi, insulinin çatdırılması, addımlar, çəki və məşqlərin təfərrüatları daxildir. |
Rəqəmsal Həllərdən istifadə və onların funksiyalarına giriş üçün hesab yaratmalı və ora daxil olmalısınız. Bu addım fərdi məlumatlarınızın təhlükəsiz, girişlərə nəzarət edilən bulud mühitimizdə qorunması üçün çox vacibdir və bu bizə razılığınızı və məlumatların paylaşılması ilə bağlı seçimlərinizi əldə etməyə və idarə etməyə imkan verir.
Hesabın yaradılmasında toplanan məlumatlar: Hesab istifadəçisinin məlumatları, istifadəçi profili məlumatları və texniki və təhlükəsizlik məqsədilə toplanan məcburi istifadə məlumatları.
Biz fərdi məlumatları Rəqəmsal Həllin xidmət və funksiyalarının təmin edilməsi məqsədilə toplayırıq. Bura istifadəçi təlimatında və müvafiq Rəqəmsal Həllin şərt və müddəalarında göstərildiyi kimi tapşırıqlar və oyun elementləri vasitəsilə təcrübənizi fərdiləşdirmək və iştirakınızı artırmaq üçün istifadə olunan məlumatlar daxildir. Nəzərə alın ki, istifadəçi təlimatında təsvir olunan mySugr bolus kalkulyatoru və qan şəkəri ilə bağlı xatırlatmalar kimi mySugr tətbiqinin bəzi funksiyaları yalnız Pro istifadəçiləri üçün mövcuddur.
Emal edilən şəxsi məlumatların kateqoriyaları istifadə etdiyiniz funksiyalardan və Rəqəmsal Həlldən asılıdır və bunlara aşağıdakılar daxil ola bilər: Hesab istifadəçisinin məlumatları, istifadəçi profili məlumatları, əsas tibi məlumatlar, tibbi məlumatlar, kommersiya və maliyyə məlumatları, istifadəçi məzmunu, texniki və təhlükəsizlik məqsədilə toplanan məcburi istifadə məlumatları, terapiya cihazları məlumatları kimi üçüncü tərəflərlə mübadilə edilən məlumatlar.
Fərdi məlumatların qorunması və məhv edilməsi, itirilməsi, dəyişdirilməsi və ya icazəsiz açıqlanması kimi təsadüfi və ya qeyri-qanuni hərəkətlərin qarşısının alınması məqsədilə müəyyən kateqoriya fərdi məlumatları aktiv şəkildə emal edirik.
Bu təhlükəsizliyi təmin etmək üçün şəxsi məlumatların aşağıdakı kateqoriyalarını emal edirik: Hesab istifadəçisinin məlumatları, istifadəçi məzmunu, texniki və təhlükəsizlik məqsədilə toplanan məcburi istifadə məlumatları, o cümlədən üçüncü tərəflərlə mübadilə edilən məlumatlar. Konkret məlumat növləri haqqında öyrənmək üçün «Toplanan şəxsi məlumatların kateqoriyaları və mənbələri» bölməsinə baxın.
Rəqəmsal Həllərlə bağlı sizə səmərəli dəstəyin verilməsi və telefon, e-poçt, veb-forması və ya digər kanallar vasitəsilə sorğularınızın cavablandırılması üçün fərdi məlumatlarınızı toplayır və emal edirik. Buraya ilkin yükləmə və quraşdırma ilə bağlı yardım, üzləşdiyiniz hər hansı texniki nasazlıqların aradan qaldırılması, davamlı xidmət və yeniləmələrin təmin edilməsi və Rəqəmsal Həllərin düzgün fəaliyyətini təmin etmək məqsədilə lazımi texniki xidmətin həyata keçirilməsi daxildir.
Bu məqsədlə müxtəlif kateqoriyalı fərdi məlumatları emal etməyə ehtiyac ola bilər. Bunlara hesab istifadəçisinin məlumatları, istifadəçi profili məlumatları, əsas tibbi məlumatlar, tibbi məlumatlar, kommersiya və maliyyə məlumatları, istifadəçi məzmunu, məcburi istifadə məlumatları, terapiya cihazları məlumatları kimi üçüncü tərəflərlə mübadilə edilən məlumatlar daxildir. Konkret məlumat növləri haqqında öyrənmək üçün «Toplanan şəxsi məlumatların kateqoriyaları və mənbələri» bölməsinə baxın.
Təhlükəsiz şəkildə diabetə nəzarət işində sizi səmərəli şəkildə dəstəkləmək üçün Rəqəmsal Həllər vaxtında yeniləmələrin və xəbərdarlıqların çatdırılması məqsədilə bildirişlərdən istifadə edir.
Konkret Rəqəmsal Həlldən asılı olaraq, bu bildirişlərə aşağıdakılar daxil ola bilər: fərdiləşdirilmiş hədəf aralıqlarınıza əsasən yüksək qlükoza və ya aşağı qlükoza səviyyələrini bildirən qlükoza alarmı siqnalı, kəskin qlükoza dəyişiklikləri və ya cihazın səssiz rejimini keçərli saymayan sensor problemləri ilə bağlı ciddi xəbərdarlıqlar, sensorun vaxtında dəyişdirilməsi üçün sensorun istifadə müddətinin bitməsi ilə bağlı xatırlatmalar və məlumatların ötürülməsində hər hansı kəsilmələr barədə sizi məlumatlandıran sensor bağlantısının itməsi ilə bağlı xəbərdarlıqlar.
Cihazınızın parametrlərində aktiv edilməsi tələb olunan bu bildirişlər üçün emal edilən fərdi məlumatlara hesab istifadəçisinin məlumatları, istifadəçi profili məlumatları, texniki, informasiya təhlükəsizliyi və fiziki təhlükəsizlik məqsədilə toplanan məcburi istifadə məlumatları, əsas tibbi məlumatlar, tibbi məlumatlar və terapiya cihazları daxildir. İstənilən vaxt cihazınızın parametrlərində bildirişləri deaktiv etmək imkanının olmasına baxmayaraq, biz qətiyyətlə diabetə nəzarət və təhlükəsizliyiniz üçün onları aktiv saxlamağınızı tövsiyə edirik. Bu kateqoriyalardakı konkret məlumat növləri haqqında ətraflı məlumat üçün «Toplanan şəxsi məlumatların kateqoriyaları və mənbələri» bölməsinə baxın.
Rəqəmsal Həllərin əsas xidmətlərinin həyata keçirilməsi üçün hüquqi əsaslarRəqəmsal Həllər tərəfindən təmin edilən əsas xidmətlərin həyata keçirilməsi məqsədilə fərdi məlumatlarınızı, o cümlədən sağlamlıq məlumatlarınızı emal etmək üçün sizin razılığınız tələb olunur. Siz istənilən vaxt bu razılığı ləğv edə bilərsiniz (hesabı silməklə və ya "Məxfilik hüquqlarınız" adlı 8-ci bölmədə göstərilən e-poçt ünvanı ilə Müştəri Dəstəyinə müraciət etməklə). Bununla belə, bu, Rəqəmsal Həllərimizdən istifadə etməyinizə mane olacaq. Ləğvetmədən əvvəlki emalın qanuniliyi öz qüvvəsini saxlayır.
Bizdən məhsul və ya xidmətlər sifariş etdiyiniz zaman sifarişinizi yerinə yetirmək, əməliyyatı idarə etmək və sifariş edilən məhsul və ya xidmətləri çatdırmaq üçün fərdi məlumatlarınızı emal edirik. Buraya ödənişlərin emalı, göndərişin və ya çatdırılmanın təşkili və sifarişinizlə bağlı hər hansı zəruri dəstəyin təmin edilməsi daxildir. Biz həmçinin sifarişinizin statusu, çatdırılma ilə bağlı yeniləmələr və ya yarana biləcək hər hansı digər məsələlərlə bağlı sizinlə əlaqə saxlamaq üçün də əlaqə məlumatlarınızdan istifadə edə bilərik. Roche-nin tibbi cihazlarından istifadə ilə bağlı kompensasiyaların əldə edilməsi hüququna malik şəxslərin fərdi məlumatları da emal edilir.
Bu məqsədlə toplanan şəxsi məlumatlara aşağıdakılar daxil ola bilər: Hesab istifadəçisinin məlumatları, istifadəçi profili məlumatları, kommersiya və maliyyə məlumatları. Bu kateqoriyalardakı konkret məlumat növləri haqqında ətraflı məlumat üçün «Toplanan şəxsi məlumatların kateqoriyaları və mənbələri» adlı bölməyə baxın.
Hüquqi əsas: Bu məlumatları sizinlə olan müqaviləmizi icra etmək üçün emal edirik. Sağlamlıq məlumatları üçün açıq razılığınız tələb olunur.
Rəqəmsal Həllərin və tənzimlənən tibbi cihazların istehsalçıları və təminatçıları olaraq bizdən Rəqəmsal Həllərin funksionallığının, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin monitorinqi və təkmilləşdirilməsi üzrə ciddi tələblərə riayət etməyimiz tələb olunur. Hüquqi öhdəliklərə əməl olunmasını təmin etmək məqsədilə arzuolunmaz hadisə barədə məlumat vermək, məhsulun təhlükəsizliyini təmin etmək, satışdan sonra nəzarət, məhsullarla bağlı şikayətlərə baxılması və müvafiq qanunla nəzərdə tutulmuş digər tənzimləyici tələblərin yerinə yetirilməsi də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan məqsədlər üçün fərdi məlumatları toplayır və emal edirik. Məlumatların emalı tibbi cihazlar və rəqəmsal sağlamlıq həlləri istehsalçısı və təminatçısı olaraq qanun qarşısında məsuliyyətimizi və öhdəliklərimizi yerinə yetirmək üçün tələb olunur.
Toplanan fərdi məlumatlar: Hüquqi öhdəliklərə əməl olunmasını təmin etmək üçün xüsusi tənzimləmə tələblərindən asılı olaraq aşağıdakı məlumatları toplaya bilərik: Hesab istifadəçisinin məlumatları, istifadəçi profili məlumatları, əsas tibbi məlumatlar, tibbi məlumatlar, kommersiya və maliyyə məlumatları, istifadəçi məzmunu məlumatları, təhlükəsizlik məqsədilə toplanan məcburi istifadə məlumatları, terapiya cihazları məlumatları.
Hüquqi əsas: Biz bu məlumatları, o cümlədən sağlamlıq məlumatlarınızı hüquqi öhdəliyimiz çərçivəsində, habelə hüquqi öhdəliklərə əməl olunmaqla və ictimai səhiyyə sahəsində ictimai marağa uyğun olaraq emal edəcəyik.
Toplanan fərdi məlumatlar: Hüquqi öhdəliklərə əməl olunmasını təmin etmək üçün xüsusi tənzimləmə tələblərindən asılı olaraq aşağıdakı məlumatları toplaya bilərik: Hesab istifadəçisinin məlumatları, istifadəçi profili məlumatları, əsas tibbi məlumatlar, tibbi məlumatlar, istifadəçi məzmunu, məcburi istifadə məlumatları, kommersiya və maliyyə məlumatları, terapiya cihazları məlumatları da daxil olmaqla, üçüncü tərəflərlə mübadilə edilən məlumatlar.
Hüquqi əsas: Biz bu məlumatları, o cümlədən sağlamlıq məlumatlarınızı hüquqi öhdəliyimiz çərçivəsində, habelə hüquqi öhdəliklərə əməl olunmaqla və ictimai səhiyyə sahəsində ictimai marağa uyğun olaraq emal edəcəyik.
Məhsul təkmilləşdirmələri ilə bağlı (könüllü olaraq) açıq razılığınız əsasında Rəqəmsal Həlləri və onların xidmətlərini təkmilləşdirmək və optimallaşdırmaq üçün fərdi məlumatlarınızdan istifadə edəcəyik. Maksimum fayda təmin etmək və yeni innovasiyalar tətbiq etmək məqsədilə məhsullarımızı və onların funksiyalarını təhlil edir, inkişaf etdirir, sınaqdan keçirir, təkmilləşdirir və analitik tədqiqatlar həyata keçiririk. Buna fəaliyyət göstəricilərinin sınaqdan keçirilməsi, dəqiqliyi və istifadəni yaxşılaşdırmaq üçün mövcud funksiyaların və alqoritmlərin təkmilləşdirilməsi, analitik məlumatlar vasitəsilə istifadəçi ilə qarşılıqlı əlaqə haqqında məlumatların toplanması və təkliflərimizi daha da təkmilləşdirmək üçün sorğular vasitəsilə rəylərin toplanması daxildir. Bütün bunlar məhsullarımızın necə istifadə edildiyini və diabetə nəzarət üçün dəyərli alətlər istehsal etməyə necə davam edəcəyimizi anlamağa kömək edir. Bu təkmilləşdirmələr Rəqəmsal Həllərin müntəzəm yeniləmələri vasitəsilə sizə təqdim edilə bilər.
Bu məqsədlə toplanan şəxsi məlumatlara aşağıdakılar daxildir: Hesab istifadəçisinin məlumatları, istifadəçi profili məlumatları, əsas tibbi məlumatlar, tibbi məlumatlar, istifadəçi məzmunu, texniki, informasiya təhlükəsizliyi və fiziki təhlükəsizlik məqsədilə toplanan məcburi istifadə məlumatları, məhsulun təkmilləşdirilməsi üçün könüllü istifadə məlumatları, kommersiya və maliyyə məlumatları və terapiya cihazları məlumatları.
Bu kateqoriyalardakı konkret məlumat növləri haqqında ətraflı məlumat üçün «Toplanan şəxsi məlumatların kateqoriyaları və mənbələri» bölməsinə baxın.
Hüquqi əsas: Məhsulların təkmilləşdirilməsi məqsədilə məlumatlarınızdan yalnız açıq şəkildə razılıq verdiyiniz təqdirdə istifadə ediləcək. Siz istənilən vaxt hesab parametrlərinizdə və ya "Məxfilik hüquqları" adlı 8-ci bölmədə göstərilən e-poçt ünvanı ilə Müştəri Dəstəyi xidmətinə müraciət etməklə bu razılığı ləğv edə bilərsiniz, bu, Rəqəmsal Həllərimizdən istifadənizə təsir etməyəcək.
Fərdi məlumatlarınızı, o cümlədən sağlamlıq məlumatlarınızı elmi-tədqiqat və ya statistik məqsədlər üçün emal edə bilərik. Bunlara sertifikatlı tibbi cihazımızın istifadəsi ilə bağlı yeni ödəniş tələbləri yaratmaq və ya bu Rəqəmsal Həllərin şəkərli diabet xəstələri üçün fayda verib-vermədiyini anlamaq və qiymətləndirmək məqsədilə anonimləşdirilmiş və ya psevdonimləşdirilmiş məlumatların təhlili daxildir. Tədqiqat məlumatlarımız diabet və ona nəzarətə təsir edən amilləri daha yaxşı başa düşmək üçün istifadə edilə və profilaktika, diaqnostika və müalicə strategiyalarını təkmilləşdirməyə kömək edə bilər. Bu həmçinin diabetə qayğı və səhiyyənin digər sahələrinə innovativ yanaşmaları araşdırmaq və texnologiyaların fərdi şəxslərə sağlamlıqlarının qorunmasında ən yaxşı şəkildə necə dəstək verə biləcəyi barədə əsas suallara cavab tapmaq üçün yeni texnologiyaların yaradılmasını və sınaqdan keçirilməsini əhatə edə bilər. Nəticə etibarilə, bu cür tədqiqatlar pasiyentlərə göstərilən qayğı xidmətinin keyfiyyətini artıran texnologiyalar və sağlamlıq həlləri hazırlamağa və təqdim etməyə kömək edə bilər. Bundan əlavə, biz Rəqəmsal Həllərimizin istifadəsi zamanı ümumi dəyişiklikləri və nümunələri öyrənmək üçün statistik təhlildən istifadə edirik və Rəqəmsal Həllərimizin istifadə və işləmə qaydasını (məsələn, aktiv istifadəçilərin sayı) anlamaq məqsədilə daxili istifadə üçün nəzərdə tutulmuş ümumiləşdirilmiş hesabatlar hazırlayırıq. Bununla belə, məlumatlar ümumiləşdirilir və təhlillərimizin nəticələri sizinlə bağlı şəxsən qərarlar qəbul etməyi və ya fərdi təcrübənizə təsir etməyi nəzərdə tutmur.
Emal edilən məlumatlara hesab istifadəçisinin məlumatları, istifadəçi profili məlumatları, əsas tibbi məlumatlar, tibbi məlumatları istifadə məlumatları və terapiya cihazları daxildir. Məlumatlarınız psevdonimləşdirilir və məxfiliyinizin qorunması məqsədilə təhlillərimizin nəticələri ümumiləşdirilmiş şəkildə təqdim edilir.
Hüquqi əsas: biz qanuni maraqlarımıza əsaslanaraq elmin inkişafına yönəlmiş tədqiqatlar həyata keçirmək üçün bu məlumatları emal edirik. Sağlamlıq məlumatlarını elmi və ya statistik məqsədlər üçün emal edə bilərik. Siz "Məxfilik hüquqları" adlı 8-ci bölmədə göstərilən e-poçt ünvanı ilə Müştəri Dəstəyi xidmətinə müraciət etməklə konkret olaraq bu emala etiraz etmək hüququnuzu həyata keçirə bilərsiniz, bu, Rəqəmsal Həllərimizdən istifadənizə təsir etməyəcək.
Açıq (könüllü) razılığınız əsasında fərdi məlumatlarınızı Rəqəmsal Həllər, əlaqəli məhsullar və xidmətlərlə bağlı maraqlarınıza və seçimlərinizə uyğunlaşdırıla bilən xəbər bülletenləri, sorğular, marketinq xarakterli e-məktublar və digər kommunikasiyalar göndərmək üçün emal edəcəyik.
Məqsədimiz məhsullarımız və xidmətlərimizlə bağlı təcrübənizi yaxşılaşdırmaq məqsədilə sizi müvafiq və fərdiləşdirilmiş informasiya ilə təmin etməkdir. Bu məqsədlə toplanan şəxsi məlumatlar marketinq fəaliyyətinin növündən asılıdır və buraya aşağıdakılar daxil ola bilər: Hesab istifadəçisinin məlumatları, istifadəçi profili məlumatları, əsas tibbi məlumatlar, tibbi məlumatlar, kommersiya və maliyyə məlumatları, istifadəçi tarixçəsi, məcburi istifadə məlumatları, marketinq üzrə könüllü istifadə məlumatları, istifadəçi məzmunu, terapiya cihazları məlumatları da daxil olmaqla üçüncü tərəflərlə mübadilə edilən məlumatlar. Marketinq mesajlarımızın sizin üçün uyğun, fərdiləşdirilmiş və dəyərli olmasını təmin etmək üçün bu məlumatları toplayır və emal edirik. Bu kateqoriyalardakı konkret məlumat növləri haqqında ətraflı məlumat üçün «Toplanan şəxsi məlumatların kateqoriyaları və mənbələri» bölməsinə baxın.
Hüquqi əsas: Marketinq məqsədi daşıyan bu informasiya yalnız açıq razılıq verdiyiniz təqdirdə toplanacaq və emal ediləcək. Siz istənilən vaxt hesab parametrlərinizdə və ya "Məxfilik hüquqları" adlı 8-ci bölmədə göstərilən e-poçt ünvanı ilə bizimlə əlaqə saxlamaqla marketinqlə bağlı razılığı ləğv edə bilərsiniz. Bu, həllərimizdən istifadənizə təsir etməyəcək.
Siz seçiminizdən asılı olaraq Rəqəmsal Həllərimiz və Apple Health və ya Google Fit kimi üçüncü tərəf sağlamlıq tətbqləri arasında sinxronlaşdırmanı aktiv edə və məlumatları digər rəqəmsal həllər və ya üçüncü tərəflərlə mübadilə edə bilərsiniz. Üçüncü tərəf sağlamlıq tətbiqi, rəqəmsal həlli və ya üçüncü tərəflə bağlantının qurulmasına icazə verdiyiniz təqdirdə, Rəqəmsal Həllərimiz tərəfindən toplanmış bütün müvafiq məlumatları, eləcə də bağlantı aktiv olduğu müddət ərzində davam edən məlumatları paylaşacağıq. Eyni şəkildə, biz də bu Məxfilik bildirişində qeyd olunan məqsədlər üçün istifadə olunacaq həmin üçüncü tərəf tətbiqləri və ya həllərindən məlumatlar qəbul edə bilərik. Mübadilə edilən məlumatların növü konkret həlldən və mübadilə etmək üçün seçdiyiniz informasiyadan asılıdır və bunlara qan şəkəri, karbohidratlar, qan təzyiqi, insulinin çatdırılması, addımlar, çəki və məşqlərin təfərrüatları daxildir.
Hüquqi əsas: Məlumatlarınızı yalnız sizin açıq (könüllü) razılığınız əsasında üçüncü tərəf həlləri ilə paylaşırıq. İstənilən vaxt cihaz parametrlərində, Rəqəmsal Həllin parametrlərində və ya hesab parametrlərində qoşulmuş üçüncü tərəf həllərinə baxa və idarə edə, habelə məlumatların paylaşılması üzrə icazənizi ləğv edə bilərsiniz. Nəzərə alın ki, razılığınız əsasında üçüncü tərəfə ötürülən məlumatlar həmin üçüncü tərəfin məxfilik siyasətinə və xidmət şərtlərinə uyğun olaraq emal ediləcək və həmin andan biz onların emalı üçün məsuliyyət daşımırıq. Bağlantının dayandırılması gələcək məlumat mübadiləsinin qarşısını alacaq, lakin artıq üçüncü tərəf həlli ilə paylaşılmış məlumatlara təsir etməyəcək. Məlumat mübadiləsinə icazə verməzdən əvvəl hər hansı üçüncü tərəfin məxfilik siyasətini nəzərdən keçirməyinizi tövsiyə edirik.
Tibbi xidmət təminatçılarınızı diabetə nəzarət tədbirlərinizlə ətraflı tanış etmək üçün şəkərli diabet ilə bağlı məlumatlarınızı onlarla paylamaq seçiminiz var. Bu məlumatlar müxtəlif yollarla, o cümlədən Rəqəmsal Həllin daxilində unikal paylaşım kodu yaratmaqla və onu tibbi xidmət təminatçınızla paylaşmaqla, endirilmiş hesabatı birbaşa paylaşmaqla, səhiyyə işçilərinə e-poçt vasitəsilə dəvətlər göndərməklə və ya digər təhlükəsiz vasitələrdən istifadə etməklə paylaşıla bilər.
Hüquqi əsas: Məlumatlarınızı yalnız sizin açıq (könüllü) razılığınız əsasında tibbi xidmət təminatçıları ilə paylaşırıq. Məlumatları paylaşıb-paylaşmamaqla bağlı qərarı siz verirsiniz və istənilən vaxt hesabınızın parametrlərində onlara giriş hüququnu ləğv edə bilərsiniz. Bağlantının dayandırılması gələcək məlumat mübadiləsinin qarşısını alacaq, lakin artıq tibbi xidmət təminatçısı ilə paylaşılmış məlumatlara təsir etməyəcək. Nəzərə alın ki, biz tibbi xidmət təminatçılarına xidmətlər göstərdiyimiz zaman məlumatlarınızı onların təlimatlarına uyğun olaraq emal edirik və məlumatlarınızın tələb edilməsi və emalı üçün hüquqi əsasın olmasını təmin etmək onların üzərinə düşür.
Bu Məxfilik Bildirişində qeyd olunan emalın həyata keçirilməsi, o cümlədən İT dəstəyi, məhsula texniki qulluq, nasazlıqların aradan qaldırılması, məhsullarla bağlı şikayətlərə baxılması, tədqiqat və statistika məsələlərində bizə kömək etmələri üçün fərdi məlumatlarınızı Roche-nin filialları ilə paylaşa bilərik. Roche filiallarının siyahısını burada tapa bilərsiniz:
Roche fərdi məlumatları ciddi şəkildə bizim adımızdan və təlimatlarımıza uyğun olaraq emal edən xarici xidmət təminatçılarından istifadə edir. Bütün xidmət təminatçıları müqavilə əsasında fərdi məlumatları yalnız bizim sənədləşdirilmiş təlimatlarımız əsasında emal etmək və məxfiliyə və təhlükəsizliyə ciddi şəkildə riayət etmək öhdəliyinə malikdir. Bu xidmət təminatçıları aşağıdakı sektorlarda fəaliyyət göstərirlər:
Aşağıdakı məqsədlər üçün fərdi məlumatlarınızı başqa üçüncü tərəflərlə də paylaşa bilərik:
Biz əsasən Avropa İttifaqı (Aİ) və ya Avropa İqtisadi Bölgəsi (AİB) ölkələrində yerləşən və ya serverləri orada olan əməkdaşlıq tərəfdaşlarını seçirik. Serverlərimiz əsasən Almaniyanın Frankfurt (Mayn) şəhərində yerləşir. Bununla belə, ABŞ-da yaşayan istifadəçilərin məlumatları ABŞ ərazisində yerləşən serverlərdə saxlanılır. Roche fərdi məlumatlarınızı qorumaq üçün müvafiq təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri tətbiq etmişdir.
İstisna hallarda biz Aİ-dən kənarda yerləşən və ya serverləri Aİ-dən kənarda olan üçüncü tərəf təminatçılardan istifadə edə bilərik. Bununla belə, hətta bu hallarda fərdi məlumatlarınız məlumatların qorunmasına dair tətbiq edilən qanunlara uyğun olaraq müəyyən üçüncü ölkələrdə məlumatların qorunmasının lazımi dərəcədə olduğunu hesab edən Aİ-nin müvafiq qərarı və ya Roche-nin filial şirkətləri, Məlumatı emal edən tərəflər yaxud Üçüncü tərəf qəbul edənlərlə müqavilə münasibətlərinin əsaslandığı və Aİ tərəfindən təsdiq edilmiş Standart Müqavilə Bəndləri və yaxud da GDPR (Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Reqlamenti) çərçivəsində icazə verilən müqayisəli hüquqi alətlər vasitəsilə və ya məlumatların qorunmasına dair tətbiq edilən qanunlara uyğun olaraq yüksək səviyyədə qorunur. Bundan başqa, tərəfdaşlarımızın əlavə təhlükəsizlik standartlarına və məlumatların qorunmasına dair müddəalara riayət etməsini təmin edirik.
Məlumatların qorunmasına dair tətbiq edilən qanunlara uyğun olaraq, fərdi məlumatlarınızla bağlı aşağıdakı hüquqlarınız var:
Ümumiyyətlə, Fərdi Məlumatlarınızın silinməsi, emalına etiraz edilməsi və ya məhdudlaşdırılması emalın sizin razılığınız və ya bizim qanuni maraqlarımız əsasında aparıldığı hallarda həyata keçirilə bilər. Nəzərə alın ki, məlumatların emalının razılıq əsasında olduğu hallarda istənilən vaxt razılığınızı ləğv etmək hüququnuz var, lakin razılığın ləğv edilməsi həmin ləğvetmədən əvvəl razılığa əsasən həyata keçirilən emalın qanuniliyinə təsir etmir.
Siz məlumatlara düzəliş və yeniləmə, məlumatların silinməsi, giriş icazəsi və razılığın ləğv edilməsi kimi bir çox məlumat subyekti hüquqlarınızdan istifadə edə bilərsiniz:
Roche-nin məlumatlarınızı idarə etməsi və ya sorğularınıza cavab verməsi sizi qane etmirsə, digər inzibati və ya məhkəmə müdafiə vasitələrinə toxunulmadan daimi yaşayış yerinizin, iş yerinizin və ya iddia edilən pozuntunun baş verdiyi ölkənin nəzarət orqanına şikayət etmək hüququnuz var.
Fərdi məlumatlarınızı sizə xidmətlər göstərmək üçün zəruri olan müddət ərzində yaxud hesabınız silinənə qədər və ya Rəqəmsal Həllə son giriş tarixindən etibarən iki il müddətində saxlayırıq. Tənzimləyici tələblərə aid olan fərdi məlumatlar isə bu Məxfilik Bildirişində qeyd olunan hüquqi öhdəliklərə riayət etmək məqsədilə təxminən on il müddətində saxlanıla bilər.
Bu Məxfilik Bildirişini müntəzəm fasilələrlə yeniləyə bilərik. Bu Məxfilik Bildirişinə edilmiş hər hansı dəyişiklik bu səhifədə əks olunacaq. Roche hər hansı dəyişikliyin olub-olmadığına baxmaq üçün müntəzəm olaraq bu Məxfilik Bildirişinə nəzər salmağınızı tövsiyə edir. Bu bildirişin son yenilənmə tarixi bildirişin yuxarı hissəsində qeyd edilmişdir. Bu Məxfilik Bildirişində hər hansı əhəmiyyətli dəyişiklik edildikdə sizi e-poçt, Rəqəmsal Həllər və ya digər uyğun vasitələrlə məlumatlandıracağıq.
Yerli hüquqi öhdəliklərə əməl etmək və ölkəyə xas məlumatların məxfiliyinə dair müddəalarla bağlı şəffaflığı təmin etmək üçün aşağıdakı linkə istinad edin. Bu sənəddə müəyyən yurisdiksiyaların rezidentlərinə tətbiq olunan konkret informasiya və hüquqlar əks olunub. Sizinlə bağlı tətbiq olunan konkret məxfilik hüquqları və ölkənizdəki öhdəliklərimiz haqqında öyrənmək üçün bu sənədi oxuyun.