Dəyişiklik qrafiki
Dəyişiklik qrafiki qeyd kitabçasına daxil etdiyiniz məlumatları özündə birləşdirən Əsas ekranınızın genişləndirimiş görünüşüdür. CGM məlumatlarınızın 6, 12 və ya 24 saatlıq görünüş rejimini seçə bilərsiniz.
Çox keçmişə aid dəyərləri görmək üçün sağa sürüşdürün və ya konkret bir tarixə keçid etmək üçün təqvim düyməsinə toxunun.
Ətraflı məlumata nəzər salmaq üçün qrafikdəki işarələrə toxunun.
- Qeydlər
- Karbohidratlar
- Bazal insulin inyeksiyaları
- Bolus insulin inyeksiyaları
- Təqvim düyməsi: Konkret bir tarixi seçməyinizə imkan verir.
- Dəyişiklik qrafikinin nümayiş olunduğunu göstərir; fərqli qrafik seçmək üçün toxunun.
- Seçilmiş zaman aralığı
- Qeydlər, karbohidrat, bolus və bazal insulin inyeksiyaları
- Seçilmiş zaman aralığında qlükoza dəyərlərinizin qrafik təqdimatı.
- 6, 12 və ya 24 saatlıq baxış rejimini seçin
- Dəyişiklik qrafikində daha çox məlumat görmək üçün toxunun.
CGM məlumatlarınızda hər hansı boşluq olarsa, məlumat boşluğunu izah etmək üçün qrafikin aşağısında bu simvollar görünəcək.
Yeni sensor: Yeni sensor əlaqələndirilib və məlumat göndərməyə başlayıb. | |
Sensorla bağlantı itdi: Uzun müddət ərzində bağlantının olmaması səbəbindən sensor bütün məlumatları əldə edə bilmədi. 8 saatdan çox bağlantı itkisi məlumat boşluğuna səbəb olacaq. Məsələn, 10 saat davam edən bağlantı itkisi 2 saatlıq məlumat boşluğuna səbəb olacaq. | |
Temperatur: Sensor qlükoza dəyərlərini qeydə almaq üçün çox isti və ya çox soyuq olub. | |
İstisna edilən məlumatlar: Bu qlükoza dəyərləri göstərilmir, çünki onlar bizim keyfiyyət meyarlarımıza uyğun gəlmədi. Heç bir addım tələb edilmir. |
Dəyişiklik qrafikinizə nəzər salmaq üçün aşağıdakı kimi davam edin:
- Qrafiklər seçiminə toxunun.
- Aşağı açılan menyudan Dəyişiklik qrafiki seçimini edin.
- Dəyişiklik qrafiki göstərilir.
- Qrafikin göstərməsini istədiyiniz zaman aralığına toxunun.
- 6 saat
- 12 saat
- 24 saat








