Apple Watch saatından istifadə

Apple Watch saatında informasiya

iPhone cihazından istifadə edirsinizsə, tətbiqi Apple Watch ilə birlikdə istifadə edə bilərsiniz.

Apple Watch saatı iPhone telefonunuza qoşulduqdan sonra Apple Watch saatında aşağıdakı məlumatlara nəzər sala bilərsiniz:

  • Ən son qlükoza dəyəri
  • Dəyişiklik oxu
  • Dəyişiklik qrafiki

Bundan əlavə, birbaşa Apple Watch saatınızda xatırlatmalar ilə yanaşı, bütün xəta, texniki qulluq və xəbərdarlıq mesajlarını da alırsınız.

Komplikasiyalar

Komplikasiya Apple Watch saatınızın saat displeyinə əlavə edə biləcəyiniz vizual elementdir. Bu vizual element faydalı məlumatları nümayiş etdirə bilər.

Accu-Chek SmartGuide tətbiqinin komplikasiyası aşağıdakı məlumatlara malikdir:

  • Ən son qlükoza dəyəri
  • Dəyişiklik oxu