Sensorunuzun əlaqələndirilməsi
Sensorunuzu mobil cihazınız ilə əlaqələndirməlisiniz. Əks halda, tətbiq sensorunuzdan qlükoza dəyərlərinizi qəbul edə bilmir.
Sensoru yalnız təhlükəsiz, etibar edilən bir ərazidə əlaqələndirin. Bu digər şəxslərin sensorunuza qoşulma riskini azalda bilər.
Sensorunuzu əlaqələndirməyə başlamazdan əvvəl mavi fırlanabilən qapağın aşağı etiketindən seriya nömrəsini və 6 rəqəmli PIN-i əldə edin.
- PIN sözünün yanında sensorunuzun 6 rəqəmli PIN-ni tapın.
- işarəsinin yanında sensorunuzun seriya nömrəsini tapın.
Artıq bir sensor əlaqələndirmisinizsə və həmin sensor hazırda aktivdirsə, əlaqələndirmə mümkündür. Yeni sensor əlaqələndirdiyiniz zaman cari sensorunuzun istifadə müddəti başa çatır.
Burada göstərilən rəqəmlər yalnız nümunə kimi xidmət edir.

Sensorunuzu əlaqələndirmə qaydası
Yeni bir sensoru 3 müxtəlif yolla əlaqələndirə bilərsiniz:
- Əgər əvvəllər hər hansı bir sensoru tətbiqlə əlaqələndirməmisinizsə, tətbiq avtomatik olaraq yeni sensor əlaqələndirmək üçün seçimi göstərəcək.
- Sensorunuzun istifadə müddəti başa çatarsa, tətbiq avtomatik olaraq yeni sensor əlaqələndirmək üçün seçimi göstərəcək.
- Cari sensorun istifadə müddəti başa çatmazdan əvvəl yeni sensor əlaqələndirmək istəyirsinizsə, Menyu > CGM sensorunu idarə edin > Yeni sensoru əlaqələndirin seçiminə toxunun.
- Mobil cihazınızda Bluetooth simsiz texnologiyası vasitəsilə kommunikasiyanı yandırdığınızdan əmin olun.
- Bu sizin ilk sensorunuzdursa, İndi əlaqələndirin seçiminə toxunun. Yaxud sensoru dəyişdirən zaman Yeni sensoru əlaqələndirin seçiminə toxunun.
- Sensorunuzu bədəninizə taxın. Köməyə ehtiyacınız olarsa, Təlimata nəzər salın seçiminə toxunun.
- Növbəti seçiminə toxunun.
- Sensorunuzu axtarmaq üçün Axtarış seçiminə toxunun.
- Tətbiq bütün yaxınlıqdakı sensorları göstərir, amma adətən yalnız 1 sensor tapılacaq.
- Mavi fırlanabilən qapağın aşağı etiketindəki seriya nömrəsi ilə üst-üstə düşən sensoru seçin.
- Mavi fırlanabilən qapağın aşağı etiketindən 6 rəqəmli PIN-i əldə edin.
- Növbəti seçiminə toxunun.
- Bluetooth simsiz texnologiyası vasitəsilə əlaqələndirmə sorğusu göstərilir.
- Mavi fırlanabilən qapağın aşağı etiketindən 6 rəqəmli PIN-i daxil edin.
- QEYD
- PIN-i düzgün daxil etdiyinizdən əmin olun.
- PIN tam 6 rəqəmə malikdir. Başqa bir rəqəm daxil etmədiyinizdən (məsələn, seriya nömrəsi) əmin olun.
- PIN heç vaxt 000000 və ya 123456 olmayacaq.
- Sensorunuzun seriya nömrəsini seçdikdən sonra hər addımı sürətli şəkildə icra edin. Fasilə versəniz və ya geciksəniz, PIN-i daxil etmək üçün vaxtınız bitə bilər.
- Əlaqələndirmə sorğusunu təsdiq etmək üçün Əlaqələndirin seçiminə toxunun.
- OK seçiminə toxunun.
- QEYD
Sensor daxil edildikdən sonra CGM dəyərləri göstərilməzdən və kalibrləmə mümkün olmazdan əvvəl müəyyən müddət ərzində aktiv olmalıdır. Buna istifadəyə hazırlıq vaxtı deyilir.
- İndi sensorunuz tətbiq ilə əlaqələndirilib. Yeni sensor taxdıqdan sonra sensora 1 saatlıq istifadəyə hazırlıq vaxtı lazımdır. Bu müddət ərzində tətbiqdə heç bir qlükoza dəyəri göstərilmir. Qlükoza səviyyənizi yoxlamaq üçün hazır alternativ bir üsulunuz olsun. Tətbiq insulin dozajlaması kimi terapiya qərarları vermək üçün istifadə edilə biləcək qlükoza dəyərlərini göstərmək məqsədilə istifadəçi tərəfindən kalibrləmə edilməsini tələb edir.
Tətbiq sensorunuzu tapmırsa, Ümumi nasazlıqların aradan qaldırılması bölməsinə nəzər salın.
Başqa bir şəxsin ona giriş etməsinin qarşısını almaq üçün 6 rəqəmli PIN-i təhlükəsiz yerdə yadda saxlayın. Bundan əlavə, sensoru başqa mobil cihaz ilə əlaqələndirməyə ehtiyacınız olması ehtimalına qarşı deyə 6 rəqəmli PIN-i yadda saxlayın.
Sensorun istifadə müddəti başa çatmazdan əvvəl mavi fırlanabilən qapağı atsanız, 6 rəqəmli PIN-in oxuna bilmədiyindən əmin olun. Bu başqa bir şəxsin öz mobil cihazı ilə sensorunuzu əlaqələndirməsi ehtimalını azaldır.
