Müştəri dəstəyi
Bizimlə əlaqə
Problemlərlə qarşılaşsanız, suallarınız olsa, yaxud Accu-Chek SmartGuide tətbiqi və ya cihazı haqqında daha çox informasiyaya ehtiyacınız olsa, müştəri dəstəyi ilə əlaqə saxlayın. Tətbiqdə Menyu > Bizimlə əlaqə bölməsinə keçid edin.
Ciddi hadisələr barədə məlumat verilməsi
Avropa İttifaqı və oxşar tənzimləyici rejimə malik ölkələrdəki pasiyent/istifadəçi/üçüncü tərəf üçün; bu cihazın istifadəsi zamanı və ya onun istifadəsi nəticəsində ciddi bir hadisə baş verərsə, istehsalçıya və milli səlahiyyətli orqana məlumat verin.
Çap edilmiş İstifadəçi təlimatı
Bu İstifadəçi təlimatının çap edilmiş versiyasını istəyirsinizsə, müştəri dəstəyi ilə əlaqə saxlayın. Çap edilmiş versiya pulsuz təmin edilir və bir neçə gün ərzində sizə göndəriləcək.
İstifadəçi təlimatının endirilməsi
İnternet bağlantınız olanda İstifadəçi təlimatını endirin və internet bağlantısı olmayan hallar üçün onu mobil cihazınızda yadda saxlayın. Bu İstifadəçi təlimatını aşağıdakı ünvandan endirmək mümkündür
https://tools.accu-chek.com/documents/dms/index.html.*
Paket daxiletməsinin endirilməsi
Paket daxiletməsini aşağıdakı mənbədən endirmək mümkündür
https://tools.accu-chek.com/documents/dms/index.html.*