Qeyd kitabçası

Qeyd kitabçasına edilmiş hər bir qeyd aşağıdakı məlumatlara malik ola bilər:

  • Hadisənin tarixi və vaxtı
  • Qan şəkərini ölçən cihazınızdan olan qlükoza dəyəri
  • Karbohidrat qəbulunun miqdarı
  • İnsulin vahidlərinin miqdarı (bolus və bazal insulin vahidləri)
  • Qeydlər

Qeyd kitabçasına qeydin əlavə edilməsi

Qeyd kitabçasına daxil edilmiş qeydlər aşağıdakı kimi əlavə edilə bilər:

  1. Qeyd əlavə edin seçiminə toxunun.
  2. Yeni qeyd ekranı görünür.
  3. Redaktə etmək istədiyiniz sahəyə toxunun. Hər hansı qeydi yadda saxlamazdan əvvəl ən azı bir sahəni doldurmalısınız.
  4. Yadda saxlayın seçiminə toxunun.
  5. Qeyd kitabçanıza yeni qeyd əlavə etmisiniz. Qeyd növbəti 4 saat ərzində Əsas ekranın mesaj sahəsində görünəcək.

Qeyd kitabçasına daxil edilmiş qeydlərin redaktəsi

Qeyd kitabçasına daxil edilmiş qeydlər aşağıdakı kimi redaktə edilə bilər:

  1. Qeyd kitabçası seçiminə toxunun.
  2. Qeyd kitabçasına əlavə edilmiş bir qeydə toxunun.
  3. Redaktə etmək istədiyiniz sahələrə toxunun.
  4. Yadda saxlayın seçiminə toxunun.
  5. Redaktələrinizi yadda saxladınız.
 
QEYD

Sensorunuzun kalibrlənməsi üçün istifadə edilən qlükoza dəyərlərinə malik qeyd kitabçası qeydlərini redaktə edə bilməzsiniz.

Qeyd kitabçasına daxil edilmiş qeydlərin silinməsi

Qeyd kitabçasına daxil edilmiş qeydlər aşağıdakı kimi silinə bilər:

  1. Qeyd kitabçası seçiminə toxunun.
  2. Qeyd kitabçasına əlavə edilmiş bir qeydə toxunun.
  3. Qeydi silin seçiminə toxunun.
  4. Bu qeydi silmək istədiyinizi təsdiq edin.
  5. Qeyd kitabçasından bir qeyd sildiniz.
 
QEYD

Sensorunuzun kalibrlənməsi üçün istifadə edilən qlükoza dəyərlərinə malik qeyd kitabçası qeydlərini silə bilməzsiniz.