Xəbərdarlıqlar
Çox yüksək qlükoza səviyyəsi aşkar edildi
(Sensor Terapiya rejimində olanda): Yüksək qan şəkərinizi səhiyyə işçisinin tövsiyə etdiyi kimi müalicə edin.
(Sensor Dəyişiklik rejimində olanda): Qan şəkərini ölçən cihazla cari qlükoza dəyərini təsdiqləyin. Hələ də çox yüksəkdirsə, yüksək qan şəkərinizi səhiyyə işçisinin tövsiyə etdiyi kimi müalicə edin.
Aşağı qlükoza səviyyəsi aşkar edildi
(Sensor Terapiya rejimində olanda): Səhiyyə işçisinin tövsiyə etdiyi kimi sürətli təsir edən karbohidratlar yeməyi və ya içməyi nəzərdən keçirin.
(Sensor Dəyişiklik rejimində olanda): Qan şəkərini ölçən cihazla cari qlükoza dəyərini təsdiqləyin. Hələ də aşağıdırsa, səhiyyə işçisinin tövsiyə etdiyi kimi sürətli təsir edən karbohidratlar yeyin və ya için.
Çox aşağı qlükoza səviyyəsi aşkar edildi
(Sensor Terapiya rejimində olanda): Səhiyyə işçisinin tövsiyə etdiyi kimi dərhal sürətli təsir edən karbohidratlar yeyin və ya için.
(Sensor Dəyişiklik rejimində olanda): Qan şəkərini ölçən cihazla cari qlükoza dəyərini təsdiqləyin. Hələ də çox aşağıdırsa, dərhal səhiyyə işçisinin tövsiyə etdiyi sürətli təsir edən karbohidratlar yeyin və ya için.
