Tətbiqin başladılması və söndürülməsi

Tətbiqin başladılması

Tətbiqi başlatmaq üçün mobil cihazınızdakı tətbiq işarəsinə toxunun.

 
QEYD

Android cihazları tətbiq işləməyə davam etdiyi müddət ərzində bildiriş panelində tətbiq bildirişini göstərir.

Tətbiqin söndürülməsi

Tətbiqin söndürülməsi tövsiyə edilmir. Tətbiqi söndürsəniz, tətbiq artıq sensorunuzdan qlükoza dəyərlərini qəbul etmir.

Tətbiqi söndürməlisinizsə, aşağıdakı kimi hərəkət edin:

  1. Mobil cihazınızda bütün işlək tətbiqlərə nəzər salmaqla başlayın.
  2. Tətbiqi söndürmək üçün onu ekrandan sürüşdürün.
  3. Tətbiq sönür.