Bildiriş parametrləri

Müəyyən əməliyyat sistemi parametrləri bildirişlər və alarmların nəticəsinə təsir edə bilər. Buna görə də müntəzəm intervallarla bu parametrləri mobil cihazınızda yoxlamağınız vacibdir.

Mobil cihazınıza sensordan əlavə Apple Watch saatı kimi digər cihazlar da qoşsanız, bu, bildiriş və alarm parametrlərinə təsir edə bilər. Birincisi, digər qoşulmuş cihazlarla tanış olun və İstifadəçi təlimatında təsvir edilmiş bildiriş və alarm parametrlərinin təsirə məruz qalmadığını doğrulayın.

Tətbiq məlumat siqnalları və alarmlarını düzgün təmin etmək üçün həmişə işlək vəziyyətdə olmalıdır. Tətbiqin davranışı onun ön planda və ya arxa fonda işləməsindən asılıdır. Tətbiq açıq olanda və siz ondan məlumatlarınızı təhlil etmək üçün istifadə edəndə tətbiq ön planda işləyir. Tətbiq ön planda işləyəndə bütün məlumat siqnalları və alarmları mobil cihazınızın ekranında görünür və heç bir səs və ya vibrasiya olmur. Tətbiq arxa fonda işləyəndə məlumat siqnalları və xəbərdarlıqları təmin etmək üçün əməliyyat sistemi bildirişlərindən istifadə edir. Mobil cihazınızda başqa tətbiqdən istifadə etdiyiniz zaman tətbiqin arxa fonda işləməsi kifayətdir. Bildirişlər sizin tətbiq üzrə bildiriş parametrlərinizə uyğun şəkildə fəaliyyət göstərəcək. Bildiriş parametrləriniz məlumat siqnallarının və alarmlarının vibrasiyası, səsi və göstərilməsinə təsir edir.

Siz, xəstə baxıcınız və ya tətbiqdən istifadə etmək səlahiyyəti olan digər şəxslər bildirişlər və alarmları almaq üçün parametrlərlə tanış olmalısınız.

 
QEYD

Bəzi parametrlər mobil cihazınızın əməliyyat sistemi versiyası və istehsalçısından asılı olaraq fərqlənə bilər.

Bu parametrlər barədə ətraflı məlumat əldə etmək, eləcə də əlaqədar işarələrlə tanış olmaq üçün mobil cihazınızın İstifadəçi təlimatına nəzər salın.

Tətbiqin bildiriş parametrləri

Tətbiqin bildiriş göndərməsinə icazə verilmirsə, tətbiqin bütün bildirişləri və alarmları bloklanacaq.

  1. Tətbiqin bildirişlər və alarmlar verə bildiyindən əmin olmaq üçün mobil cihazınızın sistem parametrlərində tətbiq üçün tətbiq bildirişlərini yandırın.
  2. Bunun qaydası barədə ətraflı məlumat üçün mobil cihazınızın İstifadəçi təlimatına nəzər salın.

Müəyyən hadisələr bildirişlər və alarmlara təsir edə bilər, məsələn, təsadüfən mobil cihazınızı və ya sensorunuzu əlinizdən yerə salmağınız buna nümunə ola bilər. Müntəzəm olaraq mobil cihazınız, sensorunuz və əməliyyat sisteminizin funksionallığını yoxlayın. Bundan əlavə, əməliyyat sisteminizin bildiriş parametrlərini müntəzəm əsasda yoxlayın.

Narahat Etməyin və Fokus

Narahat Etməyin və ya Fokus rejimi yanılıdırsa, mobil cihaz kilidli olduğu zaman tətbiq bildirişləri və alarmları səssiz rejimə keçirilir. Narahat Etməyin və ya Fokus rejimi yanılıdırsa, bu, status panelində göstəriləcək.

  1. Fokus (iOS) və ya Narahat Etməyin (Android) rejimi yanılı olduğu zaman tətbiq bildirişləri və alarmlarını aldığınızdan əmin olmaq üçün Ciddi xəbərdarlıqlar və ya Narahat Etməyin rejiminin ləğvi seçimini aktivləşdirin.
  2. Siz həm də Accu-Chek SmartGuide tətbiqini icazə verilən tətbiq bildirişlərinin siyahısına əlavə edə bilərsiniz.
  3. Bu parametrlər və əlaqədar işarələr mobil cihazınızın əməliyyat sistemi versiyası və istehsalçısından asılı olaraq fərqlənə bilər. Ətraflı məlumat üçün mobil cihazınızın İstifadəçi təlimatına nəzər salın.

Səs səviyyəsi

Səs səviyyəsinin çox aşağı göstəriciyə təyin edilməsi sizin tətbiq bildirişləri və alarmlarını eşitməyinizə əngəl ola bilər. Əməliyyat sistemi versiyası və mobil cihazdan asılı olaraq, zəng səsinin səs səviyyəsi və bildirişin səs səviyyəsi üçün ayrıca parametrlər və işarələr ola bilər.

Bəzi Android cihazları yalnız zəng səsinin səs səviyyəsi 0-a təyin edilərsə, amma bildirişlərin səs səviyyəsi 0-a təyin edilməzsə, səssiz rejim işarəsini göstərir. Belə cihazlar üçün alarmlar eşidilməsə belə, heç bir səssiz rejim işarəsi göstərilmir.

  1. Səs səviyyəsini elə bir üsulla təyin edin ki, bütün bildirişləri və alarmları eşidə biləsiniz.
  2. Bəzi mobil cihazlar müxtəlif səs səviyyələri təyin etməyinizə icazə verir. Məsələn, əgər ətrafdakı sahə çox səs-küylüdürsə, səs səviyyəsini ətraf mühitin səs səviyyəsindən yuxarı təyin edə bilərsiniz. Olduğunuz sahədə bildirişləri eşidə bildiyinizdən əmin olun.
  3. Bu parametrlər və əlaqədar işarələr mobil cihazınızın əməliyyat sistemi versiyası və istehsalçısından asılı olaraq fərqlənə bilər. Ətraflı məlumat üçün mobil cihazınızın İstifadəçi təlimatına nəzər salın.

Bluetooth simsiz texnologiyası

Bluetooth simsiz texnologiyası vasitəsilə kommunikasiya söndürülübsə, tətbiq sensorunuz ilə əlaqə yarada bilmir. Adətən Bluetooth simsiz texnologiyası vasitəsilə kommunikasiya sönülü olanda işarə bozarır. Bu işarə mobil cihazınızın əməliyyat sistemi versiyası və istehsalçısından asılı olaraq fərqlənə bilər.

  1. Tətbiqin sensorunuz ilə əlaqə yaratdığından əmin olmaq üçün Bluetooth simsiz texnologiyasının yandırılmasını yoxlayın.
  2. Bu parametr və əlaqədar işarə mobil cihazınızın əməliyyat sistemi versiyası və istehsalçısından asılı olaraq fərqlənə bilər. Ətraflı məlumat üçün mobil cihazınızın İstifadəçi təlimatına nəzər salın.

Təyyarə rejimi

Təyyarə rejimi yanılıdırsa, Bluetooth avtomatik olaraq söndürülür və tətbiq sensorunuz ilə əlaqə yarada bilmir. Təyyarə rejimi yanılıdırsa, bu, status panelində göstəriləcək.

  1. Təyyarə rejimi yanılı olanda da tətbiqin sensorunuz ilə əlaqə yaratdığından əmin olmaq üçün Bluetooth funksiyasını yenidən yandırın.
  2. Bu parametr və əlaqədar işarə mobil cihazınızın əməliyyat sistemi versiyası və istehsalçısından asılı olaraq fərqlənə bilər. Ətraflı məlumat üçün mobil cihazınızın İstifadəçi təlimatına nəzər salın.

Enerjiyə qənaət

Enerjiyə qənaət rejimi yanılıdırsa, mobil cihazınızda batareya ömrünə qənaət etmək üçün arxa fondakı bəzi proseslər deaktiv edilir. Enerjiyə qənaət rejimi yanılıdırsa, bu, status panelində göstəriləcək. Enerjiyə qənaət həm də sensorunuz ilə kommunikasiyaya mənfi təsir edir.

 
QEYD

Bəzi mobil cihaz istehsalçıları enerjiyə qənaət rejimi söndürülmüş olsa belə, arxa fondakı prosesləri deaktiv edir.

  1. Tətbiqin sensorunuz ilə kommunikasiya yaratdığından əmin olmaq üçün enerjiyə qənaət rejimini söndürün.
  2. Bu parametr və əlaqədar işarə mobil cihazınızın əməliyyat sistemi versiyası və istehsalçısından asılı olaraq fərqlənə bilər. Ətraflı məlumat üçün mobil cihazınızın İstifadəçi təlimatına nəzər salın.

Aksesuarlar

Mobil cihazınıza qoşulmuş aksesuarlar bildirişlər və alarmların nəticəsinə təsir edə bilər. Məsələn, aşağıdakı hallarda:

  • Qulaqlıqlar hələ də mobil cihazınıza qoşulmuş olarsa və siz hazırda onları taxmırsınızsa, artıq bildirişləri və alarmları eşitməyə bilərsiniz.
  • Ağıllı saatı qoşduqdan sonra parametrləriniz dəyişdirilə bilər.

Qulaqlıqlar, dinamiklər və ya ağıllı saat kimi aksesuarlardan istifadə etdiyiniz zaman hələ də tətbiq tərəfindən göndərilən alarmlar və bildirişlərdən xəbərdar olduğunuzdan əmin olun.