Ümumi tələblər

Mobil cihaza qulluq

Sensorunuz ilə kommunikasiya rejimi mobil cihazınızın batareya istifadəsini artıra bilər. Özünüzlə mobil cihazınızı enerji ilə doldurmaq üçün vasitə götürdüyünüzdən əmin olun.

Sensor və tətbiq arasında bağlantının tez-tez itirilməsi sensorun batareya ömrünü azalda bilər. Sensor və mobil cihazınızı bir-birinə yaxın saxlayın.

Tətbiqi çatlamış və ya zədələnmiş displeyə malik mobil cihazda istifadə etməyin. Displey çatlamış və ya zədələnmiş olarsa, göstərilən hər şeyi görməyə bilərsiniz. Tətbiqdən yalnız düzgün şəkildə işləyən mobil cihazda istifadə edin.

Tətbiqdən yalnız etibar etdiyiniz mobil cihazlarda istifadə edin. Zərərli cihaz CGM tətbiqi və sensor arasında məlumatları oxuya və göndərə bilər. Zərərli cihaz həm də CGM tətbiqinə mənfi təsir edə bilər.

Eyni mobil cihazda yalnız etibar edilən mənbələrdən olan tətbiqləri işlədin. Zərərli tətbiq CGM tətbiqi və sensor arasında məlumatları oxuya və göndərə biləcəyi üçün yalnız etibar edilən tətbiqlərə Bluetooth icazələri verin.

Məhdudiyyətləri aradan qaldırılmış və ya sisteminə girişə icazə verilmiş mobil cihazda CGM tətbiqindən istifadə etməyin. Sazlama və ya tərtibatçı rejimində olan mobil cihazda CGM tətbiqindən istifadə etməyin. Bu şərtlər mobil cihazınızın təhlükəyə qarşı daha həssas olmasına səbəb ola bilər.