Girişin mühafizəsi
Məlumatların mühafizəsi
Tətbiq məlumatlarınızı naməlum giriş və ya yanlış istifadə hallarından mühafizə edin. Mobil cihazınız və ya əməliyyat sisteminizdə əlçatan olan şifrə mühafizəsi kimi təhlükəsizlik funksiyalarından istifadə edin.
Bütün şəkərli diabet məlumatlarınız da Roche Diabetes Care bulud xidmətindəki Accu-Chek hesabınızda şifrələnir və mühafizə olunur.
Mobil cihazın mühafizəsi
Tətbiqə giriş imkanına malik istənilən şəxs sensorunuza kalibrləmə dəyərlərini daxil edə və qeyd kitabçası və ya tətbiq parametrlərini dəyişdirə bilər. Yanlış kalibrləmə dəyərləri sensorun dəqiqliyinə mənfi təsir edə bilər.
Tətbiqi üçüncü tərəflərin girişindən qoruyun. Yalnız etibar etdiyiniz xəstə baxıcılarının girişinə icazə verin.
- Mobil cihazınızı uşaqlar da daxil olmaqla başqalarına verməyin.
- Mobil cihazınızın təhlükəsizlik parametrlərində ekran kilidi təyin edin.
- Müəyyən müddət fəaliyyətsizlikdən sonra mobil cihazınızı avtomatik şəkildə kilidləmək üçün ekran kilidini konfiqurasiya edin.
Hesabın mühafizə olunması
Accu-Chek hesabı məlumatlarınızı məxfi saxlayın. Xəstə baxıcısı olmayan insanlarla hesabınızı paylaşmayın.
Mobil cihazlarınızı dəyişdirsəniz, yaxud başqa bir səbəblə əlaqədar mobil cihazınızdan istifadəni dayandırsanız, Accu-Chek hesabınızdan çıxın.
Mobil cihazınızı etibar etdiyiniz xəstə baxıcısından başqa şəxsə verməlisinizsə, Accu-Chek hesabınızdan çıxın. Yenə də belə situasiyalardan yayınmağa çalışın. Çıxsanız, sensorunuzdan alarmları, bildirişləri və məlumatları qəbul etməyi dayandıracaqsınız. Ətraflı məlumat üçün Çıxmaq bölməsinə nəzər salın.
Mobil cihazınızı tətbiqlərinizə və əməliyyat sisteminizə edilmiş dəyişikliklərdən qoruyun. Tətbiqlərin (App Store və ya Google Play-dən) quraşdırılması üçün şifrə tələb edildiyindən əmin olun.
Apple və ya Google hesabınızın şifrə parametrlərini dəyişdirməklə bağlı məlumat üçün endirmə platformanız üzrə təlimatlara nəzər salın.
Accu-Chek hesabınız üzrə şifrə parametrlərini dəyişdirmək üçün Menyu > Hesab > Hesabı idarə edin bölməsinə keçid edin.